mobil versiya

Bu il 1580 əkiz, 75 üçəm və 4 dördəm doğulub


Bu ilin altı ayı ərzində Azərbaycanda doğulan körpələrdən 1 580-i əkiz, 75-i üçəm, 4-ü isə dördəm olub.
Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyun aylarında ölkə üzrə 53 918 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə bu göstərici azalaraq 12,2-dən 10,7-yə düşüb.
Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub.


KARUSEL / CƏMİYYƏT
Tarix: 14-08-2023, 17:43