mobil versiya

Azərbaycanda 46 mindən çox körpə doğulub



Azərbaycanda yeni doğulan körpələrin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, cari ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 46544 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,0-dan 11,1-ə düşmüşdür.
Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olmuşdur. Doğulan körpələrdən 1360-ı əkiz, 72-si üçəm, 4-ü isə dördəm olmuşdur
Ümumilikdə əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında hesablanmış əhalinin sayı 2023-cü il iyun ayının 1-i vəziyyətinə 10148057 nəfər təşkil edib.
Əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

KARUSEL / CƏMİYYƏT
Tarix: 13-07-2023, 11:55