mobil versiya

Ölkədə doğulan və ölənlərin sayı məlum olub



Bu ilin yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 94671 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq, 12,3-dən 11,2-yə düşüb.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Doğulanlardan 2854-ü əkiz, 123-ü üçəm, 4-ü isə dördəm olub.
Bundan başqa, qeyd edilib ki, bu ilin 10 ayında ölkədə 50040 ölüm halı qeydə alınıb. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,0-dan 5,9-a düşüb.
KARUSEL / ÖLKƏ
Tarix: 15-12-2023, 13:58