Bir az nəzakət, bir az empatiya...
Sözlərimizin ağırlığını ve gerçəklik üzərindəki dərin təsirlərini adətən çətin yoldan öyrənirik. İş dünyasının sürətli tempində, gündəlik iş rejimində insan ünsürü asanlıqla unudulur.
Bir müddət əvvəl bir əməkdaşımla yaşadığım təcrübə, empatiya və anlayışın önəmini güclü bir şəkildə xatırlatdı.
Əməkdaşlarımdan biri yanıma gələrək işdən ayrılmaq istədiyini bildirdi. Səbəbini paylaşdığında isə bu ürək ağrıdan idi. Qızı ciddi bir xəstəliklə mübarizə aparırmış və ölkə xaricində müalicə almalı olduğu üçün, oda qızının yanında olmaq və eyni zamandada nəvəsinə baxmaq üçün onların yanına köçməli idi. Bu, çox çox təsirləndirici xəbər və söhbətimiz əsnasında emosional anlar yaşanmasına səbəb olmuşdu.
Biraz sonra yanımdan ayrılarkən geriyə çevrilib "Sizdən razıyam" dedi və sanki bu söz havada asılı qaldı. Səsi duyğu ilə dolmuşdu. Bu sadə cümlə beynimdə bir sorğulama fırtınası başlatdı. Heç vaxt təmkini əldən verməməyimin və hər zaman ali insani dəyərləri rəhbər tutmuş olmağımın necə doğru qərar olduğunun bir daha şahidi olmuşdum.
Bir düşünün: Bir əməkdaş sevdiyi biri ilə bağlı sarsıdıcı xəbərlər alır. Biraz da olsun fikri yayınar deyə işə gəlir, ancaq Egosu ilə baş edə bilməyən bir rəhbər tərəfindən sərt davranışlarla qarşılanır. Əlbətdə hər iş yerində xətalar ola bilər, əsl önəmli olan həmin anlarda necə davrandığımız və təmkinimizi qoruyub saxlaya bilməyimizdir.
Eynən Platon'un müşahidə etdiyi kimi, insanların pərdə arxasında necə mübarizə verdiyini heç vaxt tam olaraq anlaya bilmərik. Biraz nəzakət, dinləyən bir qulaq birinin gününü tamamilə dəyişdirə bilər. Bu təcrübə, hər bir qarşılıqlı əlaqəyə empatiya və anlayışla yanaşmalı olduğumuzun güclü bir xatırlatmasıdır
YAZARLAR
Tarix: 21-05-2024, 16:36