mobil versiya

"Sanki qabırğalarım məni boğurdu, kəmərlə sıxılmış kimiydim" — Koronavirusdan sağalan qadın




Fransanın Monpelye şəhərində yaşayan rusiyalı qadın koronavirusdan sağaldıqdan sonra xəstəliklə bağlı fikrini bölüşüb.

REPORTYOR.AZ
Milli.Az-a istinadla xəbər verir ki, Rusiyanın 1-ci kanalında yayımlanan "60 dəqiqə" verilişinə qatılan Tatyana Balyuk xəstəliyin qorxulu hiss olduğunu və ağrılı keçirdiyini dilə gətirib.

"3 həftə əvvəl sinəmdə güclü təzyiq hiss etdim. Sanki, hər yerimi kəmərlə sıxırdılar. Əvvəllər, belə bir hiss yaşamamışdım. İki gün yeməyi ayaq üstə yedim. Çünki, oturanda nəfəsim kəsilirdi. Sanki, qabırğalarım məni boğurdu. Çox qorxulu anlar idi", - o, söyləyib.
Qadının dediyinə görə, vəziyyəti ondan da ağır olan xəstələr var ki, onları süni tənəffüs aparatına qoşurlar.

SAĞLAMLIQ / SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 11-04-2020, 10:45