Qadının gözlərini çıxarıb yedi - VİDEO
Şizofreniyadan əziyyət çəkən qadın xəstəxanada başqa bir xəstənin gözlərini çıxarıb.
“Haber Global”ın məlumatına görə, dəhşətli hadisə Türkiyənin Adana şəhərində baş verib.
Hücum edən qadın zərərçəkənin onu söydüyünü iddia edib.
Məlumata görə, bəzi səslər eşitdiyini iddia edən 56 yaşlı Sultan Güner əri Mehmet Güner tərəfindən Adanada “Dr. Əkrəm Tok Ruhi və Nevroloji Xəstəliklər Xəstəxanası”na gətirilib. Müayinədən sonra onun tibbi müəssisəyə yerləşdirilməsi qərarına gəlinib.
Təqribən bir həftədən sonra qadın televiziyaya baxmaq üçün ümumi salona keçib. Orada olan N.K. onu söydüyü iddiası ilə Sultan Günerə hücum edib və qadını yerə yıxaraq gözlərini çıxarıb. Sonra isə otaqdan çıxıb. Bu vaxt tibb işçisi onu görüb, əllərinin və üzünün niyə qanlı olduğunu soruşub. N.K. isə burnunun qanadığını deyib.
Tibb bacısı sonra salona keçəndə döşəmədə bir qadının qan içində olduğunu görüb. Dərhal həkimlərə xəbər verilib. Yaralı qadın əvvəlcə Seyhan Dövlət Xəstəxanasına, sonra da Adana Şəhər Xəstəxanasına aparılıb. Qadının iki gözünün də oyularaq çıxarıldığı məlum olub.
Hadisə yerinə gələn polislər psixoloqların müşayiəti ilə şizofreniya xəstəsi N.K.-nın ifadəsini alıb. Qadın ifadəsində “Məni söydü, mən də iki gözünü də çıxarıb yedim”, - deyib.
Şizofreniya xəstəsi olduğu üçün N.K. həbs olunmayıb. Onun xəstəxanada qalmasına qərar verilib.
Gözlərini itirən Sultan Günerin isə xəstəxanada müalicəsi davam etdirilir. Onun ailəsi hüquqi prosedura başlayıb. Həm N.K.-dan, həm də xəstəxanadan məhkəməyə şikayət edilib.
Hadisə ilə əlaqədar xəstəxananın baş həkiminin müavini, sağlamlıq xidmətindən məsul və təhlükəsizlik işlərinə cavabdeh olan şəxslər, mütəxəssis həkim və üç tibb bacısı vəzifəsindən uzaqlaşdırılıb.
BANNER / KARUSEL / DÜNYA / HADİSƏ
Tarix: 6-03-2020, 18:00