Kamil Zeynallı: "Artıq-əskik danışmayın, sözünüz varsa, gəlin üzümə deyin" - VİDEO
Fitnes-trener Kamil Zeynallı idman zallarında qadınların kişi zalında məşq etməsini pisləyib.
BAKU.WS xəbər verir ki, "Hər şey daxil" proqramının qonağı olan idmançı fikrini belə əsaslandırıb:
"Əgər qadın üçün ayrı, kişi üçün ayrı zal varsa, qadın niyə kişi zalında məşq etməlidir? Düzdür, indi ekran qarşısında oturanların çoxu məni qınayacaq ki, məşqçiyə bunun nə aidiyyatı var. Mən düşünürəm ki, qadın qadın zalında məşq etməlidir, kişi kişi zalında. Çünki qadın üçün elə hərəkətlər var ki, kişilərin içində onu edəndə bir az yaxşı görünmür. Adama deyərlər, bu qədər qadın zalı olan yerdə sənin kişilərin içində nə işin var?"
Kamil sözünün sonunda qadın və kişilərin eyni zalda məşq etdirən həmkarlarına belə bir söz deyib: "Bu sözlərimə görə, məni qınamayın a, artıq-əskik danışmayın, sözünüz varsa, gəlin üzümə deyin".
MARAQLI / KARUSEL / ÖLKƏ
Tarix: 14-10-2019, 17:30