mobil versiya

Nərimanov və Nəsimidə oğurluq edən şəxslər saxlanılıb



Nərimanov rayonu ərazisində “Toyota” markalı avtomobildən 3300 manat dəyərində səsboğucunun oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, rayon polis idarəsi 17-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Əfqan Dünyamalıyev və Zaur Mədətzadə saxlanılıb, bir nəfərin şəxsiyyəti müəyyən olunub.
Nəsimi rayonu ərazisindəki mağazadan isə 517 manat pul və 4320 manat dəyərində ətrin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Oğurluq əməlində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Cəlilabad rayon sakini Səyyad Həmidov rayon polis idarəsinin 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində yaxalanıb.
Hər iki cinayət hadisəsi ilə bağlı araşdırma aparılır.

KARUSEL / HADİSƏ
Tarix: 28-04-2023, 12:59