mobil versiya

Xaçmazda evdən 96 min manatlıq oğurluq edilib




Xaçmaz rayonunda evdə oğurluq hadisəsi olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-də rayon ərazisindəki evlərin birindən 25 000 manat, 300 ABŞ dolları, 70 000 manat dəyərində qızıl-zinət əşyaları, 1000 manat dəyərində saat və mobil telefon oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Z.Beydullayev və M.Məmmədova saxlanılıblar.
SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 7-06-2021, 15:00