mobil versiya

12 il sonra ilk dəfə Suriya bayrağı Ərəb Dövlətləri Liqasında qaldırıldı


Ərəb Dövlətləri Liqası liderlərinin Səudiyyə Ərəbistanın Ciddə şəhərindəki sammitinin təşkilatçıları görüşün keçiriləcəyi məkanda bütün iştirakçıların, o cümlədən təşkilata qayıdan Suriyanın bayrağını qaldırıb.
Suriya Prezidenti Bəşər Əsəd sammitdə iştirak etmək üçün Səudiyyə Ərəbistanına yola düşüb. Sammitin əsas görüşü sabah baş tutacaq.
Dəməşq Suriyada vətəndaş müharibəsinin başladığı 2011-ci ildən Ərəb Dövlətləri Liqasından çıxarılmışdı. Son illər bəzi ərəb ölkələri Dəməşqlə münasibətlərin normallaşdırılması prosesinə başlayıb. Bu ilin mayında Suriyanın təşkilatdakı üzvlüyünü bərpa etmək barədə Ərəb Dövlətləri Liqasının qərarı prosesin kulminasiya nöqtəsi olub.
Mayın 19-da keçiriləcək sammitdə ərəb ölkələri liderləri Sudandakı vəziyyəti, həmçinin Fələstin-İsrail qarşıdurmasının yeni fazasını müzakirə edəcək.

KARUSEL / DÜNYA
Tarix: 18-05-2023, 17:48