mobil versiya

Xorvatiya yığması Millətlər Liqasının finalına çıxıb


UEFA Millətlər Liqasının yarımfinalında Xorvatiya yığması Niderland yığmasına 4:2 hesabı ilə qalib gəlib.
Oyunu əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda xorvatlar daha 2 qol vuraraq matçın qalibi olublar.
Beləliklə, Xorvatiya yığması Millətlər Liqasının finalına vəsiqə qazanıb.
Qeyd edək ki, digər yarımfinal oyunu iyunun 15-də İtaliya və İspaniya milliləri arasında keçiriləcək.
KARUSEL / İDMAN
Tarix: 15-06-2023, 08:31