mobil versiya

HƏMAS-ın İsrailə hücumu nəticəsində ölənlərin sayı artır



HƏMAS-ın İsrailə hücumu nəticəsində ölənlərin sayı 1300 nəfərə çatıb.
Bu barədə “The Times of İsrael” məlumat yayıb.
Bildirilib ki, müharibə başlayandan bəri 3300 nəfər yaralanıb. Onlardan 28 nəfərinin vəziyyəti çox ağır, 350 nəfərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Eyni zamanda 150 nəfərin HƏMAS tərəfindən girov götürüldüyü vurğulanıb.
Xatırladaq ki, 7 oktyabrda səhər saatlarından etibarən Qəzza zolağından İsrailin cənub və mərkəzi bölgələrinə raket zərbələri endirilib. HAMAS döyüşçüləri yük maşınları və paraplanlarla Qəzza zolağından İsrail ərazisinə daxil olublar. Buna cavab olaraq İsrail ordusu “Dəmir Qılınclar” hərbi əməliyyatına başladığını elan edib və bunun ardınca ölkə rəhbərliyi müharibə vəziyyətini rəsmən bəyan edib.

KARUSEL / DÜNYA
Tarix: 12-10-2023, 11:45