mobil versiya

Azərbaycan millisi bu gün səfərdə Estoniya ilə qarşılaşacaq



Futbol üzrə Azərbaycan milli komandası bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Yığma F qrupundakı beşinci matçında Estoniya seçməsinin qonağı olacaq. Tallindəki “Le Kok Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Matçı Almaniyadan olan hakimlər briqadası idarə edəcək.
Komandaların Bakıdakı ilk görüşündə qalib müəyyənləşməmişdi – 1:1.
Qeyd edək ki, qrupun digər matçında Belçika millisi səfərdə Avstriya ilə üz-üzə gələcək.
AVRO-2024, seçmə mərhələ
VII tur
20:00. Estoniya - Azərbaycan
Baş hakim: Robert Şröder
Tallin. "Le Kok Arena".

KARUSEL / İDMAN
Tarix: 13-10-2023, 10:53