mobil versiya

Azərbaycan - Avstriya oyunu bu stadionda oynanılacaq


Futbol üzrə Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Avstriya seçməsi ilə keçirəcəyi ev oyununun stadionu müəyyənləşib.
AFFA-nın mətbuat xidməti xəbər verir ki, görüş oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.
Qarşılaşma saat 20:00-da başlayacaq.
Qeyd edək ki, F qrupunda yer alan Azərbaycan millisi ilk üç oyunda 1 xal toplayıb. Canni De Byazinin yetirmələri I turda səfərdə Avstriyaya 1:4 hesabı ilə məğlub olub.

KARUSEL / İDMAN
Tarix: 27-07-2023, 16:19