mobil versiya

Meksikada 13 polis əməkdaşı öldürülüb



Meksikanın cənubundakı Gerrero ştatında silahlılar azı 13 yerli polis əməkdaşını güllələyərək qətlə yetiriblər.
"Reuters” xəbər verir ki, ölənlər arasında Koyuka de Benites şəhərinin təhlükəsizlik xidmətinin rəisi də var.
Pusquya düşərək qətlə yetirilən polis əməkdaşları bölgədə odlu silahın partlaması ilə əlaqədar cavab tədbirləri görmək üçün göndərilibmiş.
Qəsəbə məşhur Akapulko çimərlik kurortunun qərbində yerləşir.
Son on ildə Gerreroda çoxalan cinayətkar dəstələr tiryək, xaşxaş ticarətinə, eləcə də digər qaçaqmalçılıq yollarına nəzarət uğrunda mübarizə aparırlar.

KARUSEL / DÜNYA
Tarix: 24-10-2023, 09:14