Bakıda ICAPP Asiya Mədəniyyət Şurasının 4-cü iclası keçirilir

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirin açılışında Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin “Milli müxtəliflikdən qlobal həmrəyliyə: yeni dünya nizamında mədəniyyətin rolu” mövzusuna həsr olunan iclasın iştirakçılarına müraciətini oxuyub.
İclasda Asiya və digər regionlardan yüksəksəviyyəli nümayəndə heyətləri, mədəniyyət və siyasət sahəsində tanınmış şəxslər iştirak edirlər.
İclas çərçivəsində regional əməkdaşlıq, mədəni diplomatiya və çoxmədəniyyətlilik siyasətinin gələcək istiqamətləri müzakirə olunacaq.
ICAPP Asiya Mədəniyyət Şurasının bu iclasının yekununda birgə bəyanatın qəbul ediləcəyi gözlənilir. (azərtac)
KARUSEL / SİYASƏT
Tarix: 17-10-2025, 14:20