mobil versiya

BMT: Madaqaskarda 29 minə yaxın insan həddindən artıq aclıqla üzləşib




İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatına (IPC) görə, Madaqaskarın Grand-Sud bölgəsində 29,000-ə yaxın insan həddindən artıq aclığa bərabər olan kəskin qida çatışmazlığı ilə üzləşir.

Bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) məlumat yayıb.

BMT və tərəfdaşlarına görə, Grand-Sud bölgəsində təxminən 29,000 insan həddindən artıq aclıq və ya IPC Faza 4 ilə üzləşib, mütəxəssislər 2026-cı ilin əvvəlinə bu rəqəmin 110 minə çatacağını proqnozlaşdırırlar.

OCHA qeyd edib ki, aclıq, iqlim sarsıntıları və xəstəliklərin yayılması humanitar ehtiyacların artmasına səbəb olub. Madaqaskarın hakimiyyət orqanları BMT və tərəfdaşlarının dəstəyi ilə qida təhlükəsizliyi, qida çatışmazlığı və xəstəliyin yayılması ilə mübarizəyə yönəlmiş milli humanitar cavab planını yekunlaşdırır. Planın 2026-cı ilin aprel ayına qədər davam edəcəyi gözlənilir. Tərəfdaşlar həmçinin siklonlara hazırlıq planları üzərində işləyirlər.

Son illərdə Madaqaskar El Nino fenomeni, çoxsaylı siklonlar və çəyirtkə istilası nəticəsində yaranan şiddətli quraqlıqla üzləşib. Bu ilin əvvəlində baş verən malyariya epidemiyası onsuz da zəif olan səhiyyə sisteminə daha da təsir etdi.

Reportyor.az




KARUSEL / DÜNYA
Tarix: Bu gün, 12:46