mobil versiya

İsrail ordusu Qəzzaya girib- HƏMAS-la gərgin döyüşlər gedir



İsrail ordusunun əsgərləri Qəzza şəhərinə daxil olaraq HƏMAS hərəkatının üzvləri ilə döyüşə giriblər.
Bu barədə “The Hill” ordunun sözçüsü Daniel Xaqariyə istinadən xəbər verir.
Onun sözlərinə görə, İsrail ordusunun bölmələri istehkamçıların müşayiəti ilə şəhərdə hərəkət edir. Onlar marşrut boyu quraşdırılmış partlayıcı qurğuları zərərsizləşdirirlər.
O da bildirilib ki, İsrail Müdafiə Qüvvələrinin bölmələri aviasiya və dəniz artilleriyasının dəstəyi ilə irəliləyir. Dəstək sayəsində Fələstinin nəzarət mərkəzləri və raket buraxılış məntəqələri məhv edilir.


KARUSEL / DÜNYA
Tarix: 3-11-2023, 14:01