mobil versiya

Regional Voleybol Akademiyası yaradılacaq



“Azərbaycanda Regional Voleybol Akademiyası yaratmaq istəyirik”.
Bunu Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov ölkə çempionatının 2023/2024-cü illər mövsümünün açılışından əvvəl keçirilən mətbuat konfransında deyib.
O, bir çox ölkələrdə bu cür akademiyaların fəaliyyət göstərdiyini bildirib: “Biz də bu təcrübəni öz ölkəmizdə sınaqdan keçirmək istəyirik. Çünki bu gücə sahibik. Akademiyanın ideyası təqdim olunub, amma nə vaxt yaradılacağı hələ bəlli deyil. Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiç də öz təkliflərini irəli sürüb”.

KARUSEL / İDMAN
Tarix: 6-11-2023, 14:52