mobil versiya

Bədii gimnastika üzrə 2-ci "Ocaq" Beynəlxalq Kubokunun təntənəli açılışı olub



Bakıda yerləşən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci "Ocaq" Beynəlxalq Kubokunun təntənəli açılışı olub.
Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib. 2-ci "Ocaq" Beynəlxalq Kubokunda təmsil olunacaq ölkələr təqdim olunub.
Açılışda çıxış edən “Ocaq Sport” Klubunun İdarə heyəti sədri vəzifəsini müvəqqəti icra edən Vəfa Bakarova klubun bu il 10 illiyini qeyd etdiyini bildirib.
"Fəaliyyət illərində klubumuzun məşqçiləri və idmançıları nəinki yerli səviyyədə, milli və beynəlxalq arenalarda da mühüm uğurlara nail olub. Bu nailiyyətlər inadkar komanda işinin və intizamın nəticəsidir. Bu gün 2-ci "Ocaq" Beynəlxalq Kubokunun açılışını edirik. Yarışlarda Azərbaycan gimnastları dünyanın 13 ölkəsinin təmsilçiləri ilə birgə çıxış edəcəklər. İnanıram ki, yarışlardakı hər bir idmançı sizə təkcə fiziki gücün deyil, ruh yüksəkliyinin də nə qədər vacib olduğunu xatırladacaq", - Vəfa Bakarova deyib.
Qeyd edək ki, bədii gimnastika üzrə 2-ci "Ocaq" Beynəlxalq Kuboku 10-12 noyabr tarixlərində keçirilir. Yarışlarda azərbaycanlı gimnastlarla yanaşı, dünyanın 13 ölkəsindən idmançılar iştirak edir. Yarışlarda fərdi proqramda çıxış edən 325 gimnast və qrup hərəkətlərində 21 komanda iştirak edir.
KARUSEL / İDMAN
Tarix: 10-11-2023, 12:28