mobil versiya

Respublika fənn olimpiadalarına qeydiyyat başlanır


Respublika fənn olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesinə start verilir.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, prosesə bu gün saat 15:00-dan başlanılacaq. Şagirdlər portal.edu.az platforması üzərindən qeydiyyatdan keçməklə “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq xidmətdən faydalana bilərlər:
Noyabrın 13-dən 23-dək qeydiyyat və sorğuların qəbul edilməsi, noyabrın 28-dən buraxılış vərəqələrinin “Şəxsi kabinet” vasitəsilə əldə edilməsi prosesi həyata keçiriləcək.
Qeyd edək ki, respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi informatika fənni üzrə dekabrın 16-da (8-9-cu siniflər) və 17-də (10-11-ci siniflər), digər fənlər üzrə isə dekabrın 24-də keçiriləcək.
Qeydiyyatla bağlı yaranan hər hansı çətinliklə əlaqədar +994 50 791 46 31 nömrəsinə vatsap üzərindən müraciət etmək mümkündür.
Fənn olimpiadalarının keçirilməsində məqsəd şagirdlərdə özünəinam hissini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafı istiqamətində tədbirlər müəyyənləşdirmək, həmçinin məktəblilərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdır.

KARUSEL / İDMAN
Tarix: 13-11-2023, 12:09