mobil versiya

Fənn olimpiadalarının final turunun keçiriləcəyi tarix və məkanlar açıqlanıb



Respublika fənn olimpiadalarının final turunun keçiriləcəyi tarix və məkanlar açıqlanıb.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, mayın 2-də fizika və coğrafiya, mayın 3-də riyaziyyat, mayın 4-də biologiya, mayın 6-da Azərbaycan dili və ədəbiyyat, tarix və informatika, mayın 10-da isə kimya fənləri üzrə respublika fənn olimpiadalarının final turu keçiriləcək. Bütün fənlər üzrə olimpiada saat 10:00-da başlayacaq.
İnformatika fənnindən yuxarı yaş qrupu (10-11-ci siniflər) üzrə final turu ADA Universitetində, aşağı yaş qrupu (8-9-cu siniflər) üzrə final turu Bakı Ali Neft Məktəbinin Bayıl korpusunda, digər fənlər üzrə isə “Hyatt Regency” hotelində təşkil olunacaq.
Final turunda iştirak hüququ qazanan şagirdlər buraxılış vərəqələrini aprelin 25-dən 28-dək www.portal.edu.az elektron ünvanında şəxsi kabinetlərindən əldə edə bilərlər. Şagirdlər final mərhələsinə gələrkən buraxılış vərəqəsi və şəxsiyyət vəsiqəsini gətirməlidirlər.

KARUSEL / CƏMİYYƏT
Tarix: 14-04-2023, 16:23