mobil versiya

Cozep Borrell HAMAS-ın oktyabrın 7-də hücum etdiyi İsrail şəhərinə gedib



Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell HAMAS-ın oktyabrın 7-də hücum etdiyi İsrail şəhərinə gedib.
Bu barədə Borrell "X" hesabında bildirib.
"Oktyabrın 7-də HAMAS terrorçularının hücumuna məruz qalan Beeridəki dağıntıları bu gün gördüm. Qadınları, uşaqları, qocaları öldürməyə, evlərindən oğurlamağa heç nə haqq qazandıra bilməz. Girov götürülənlər dərhal və qeyd-şərtsiz azad edilməlidir", - Borrell bildirib.
KARUSEL / DÜNYA
Tarix: 16-11-2023, 17:49