mobil versiya

Avropa İttifaqının nümayəndəsinin bəyanatı –"Atəşkəs rejiminə tam riayət edilməlidir"




“Son saatlarda Ermənistan-Azərbaycan sərhədində insan tələfatı ilə nəticələnən ciddi döyüşlər qeydə alınıb. Döyüş əməliyyatlarının dayandırılması və tərəflərin danışıqlar masasına qayıtması mütləqdir”.

Bu, Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrellin bəyanatında əksini tapıb.

“Bütün qüvvələr bu gərginlikdən əvvəlki mövqelərə qayıtmalı və atəşkəs rejiminə tam riayət edilməlidir. Prezident Mişel hər iki ölkənin liderləri ilə əlaqə saxlayır və mən bu gün müvafiq ölkələrin xarici işlər nazirləri ilə danışıram. Aİ xalqların mənafeyi naminə təhlükəsiz, firavan və sülh içində olan Cənubi Qafqaz məqsədinə nail olmaq üçün Ermənistan və Azərbaycan arasında dürüst vasitəçi kimi fəaliyyət göstərməyə davam etməyə sadiq qalır. Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaar lazımi de-eskalasiyanı dəstəkləmək və Ermənistan və Azərbaycan liderləri arasında olan Brüssel dialoqu prosesində növbəti addımları müzakirə etmək üçün dərhal iki ölkəyə səfər edəcək”, – bəyanatda deyilir.

Musavat

GÜNDƏM / SİYASƏT
Tarix: 13-09-2022, 16:42