Şarm əl-Şeyxdə sülh sazişinin imzalanması mərasimi olub

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.
Dövlət başçısı Sammitin keçiriləcəyi Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzinə gəldi.
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi dövlətimizin başçısını salamladı.

Daha sonra Azərbaycan və ABŞ prezidentləri birgə foto çəkdirdilər.
Yaxın Şərq Sülh Sammitinin iştirakçıları birgə foto çəkdirdilər.
Sonra sülh sazişinin imzalanması mərasimi oldu.
Reportyor.az

KARUSEL / DÜNYA
Tarix: Bu gün, 20:46