mobil versiya

Netanyahu Misirdə keçiriləcək Qəzza sammitində iştirak edəcək






İsrailin baş naziri Binyamin Netanyahu bazar ertəsi Misirin Qırmızı dəniz sahilindəki kurort Şarm əş-Şeyxdə Qəzza müharibəsinə son qoyulması üzrə sammitdə iştirak edəcək

Bu barədə Misir prezidentinin sözçüsü bildirib.

“Həm Fələstin prezidenti Mahmud Abbas, həm də İsrailin baş naziri Benyamin Netanyahu Qəzzada müharibənin dayandırılmasına dair razılaşmanı möhkəmləndirmək və ona sadiqliklərini təsdiqləmək üçün sülh sammitində iştirak edəcəklər”, - deyə sözçü bildirib.

Sözçü həmçinin bildirib ki, ABŞ prezidenti Donald Tramp və Netanyahu bazar ertəsi İsraildə olarkən Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə telefon danışığı aparıblar.

Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 13-10-2025, 14:03