mobil versiya

Netanyahu "Hizbullah"a xəbərdarlıq edib



İsrail hökuməti "Hizbullah"la münaqişəni sülh yolu ilə həll etməyə hazırdır, əks təqdirdə digər üsullarla hərəkət edəcək.
Bu barədə İsrailin baş naziri Benyamin Netanyahu hökumət iclasında deyib.
Netanyahu İsrailin öz vətəndaşlarını qorumaq və ölkənin şimal sakinlərinin evlərinə qayıtması üçün tam qətiyyətli olduğunu bildirib.
"Alınarsa, biz bunu siyasi yollarla edəcəyik, əks təqdirdə digər üsullarla hərəkət edəcəyik", - deyə o, bildirib.
KARUSEL / DÜNYA
Tarix: 7-01-2024, 17:36