Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türk əsilli şəxslərin Türkiyədə statusu haqqında yeni sərəncam imzalayıb.
Bu barədə yerli media xəbər verir.
Yeni sərəncama əsasən:
Artıq türk soylu əcnəbilər - yəni Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şərqi Türküstan, Ahıska, Krım, Qaqauz kimi icmalardan olan şəxslər, Türkiyədə öz peşə və sənətlərini sərbəst şəkildə icra edə biləcək.
Onlar həm dövlət, həm də özəl müəssisələrdə daha asanlıqla işləyə biləcəklər.
Bu qərar, 2527 saylı Qanun çərçivəsində qəbul edilib və türk soylular üçün iş icazəsi prosedurlarında böyük asanlıq yaradır. Artıq türk soylular “əcnəbi” sayılmayacaq, öz vətənlərindəymiş kimi yaşayıb və işləmək imkanı qazanacaq.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 13:54