mobil versiya

Madaqaskar prezidenti Fransa hərbi təyyarəsi ilə ölkəni tərk edib




Madaqaskar Prezidenti Andry Rajoelina 2025-ci il oktyabrın 12-də Fransa hərbi təyyarəsi ilə ölkədən çıxarılıb, bu barədə RFI məlumatı təsdiqləyə bilir. Bu, prezident Emmanuel Makronla əldə olunan razılaşmadan sonra baş verib.

Fransa hakimiyyəti bildirib ki, onlar Madaqaskardakı böhrana heç bir şəkildə müdaxilə etmirlər.
Bu ölkədə vəziyyət 25 sentyabrdan bəri gərgindir — su və elektrik kəsintilərinə qarşı keçirilən etiraz aksiyaları zorakılıqla dağıdılıb və daha sonra hakimiyyətə qarşı çıxışlara, o cümlədən prezidentin istefası tələblərinə çevrilib.
Hərbçilər etiraz edən xalqın tərəfinə keçəndən sonra prezident olkəni tərk etməyə məcbur olub.

Reportyor.az





KARUSEL / DÜNYA
Tarix: Bu gün, 16:07