Si Cinpin qlobal miqyasda qadınların inkişafını dəstəkləmək üçün tədbirləri açıqlayıb

Çin Prezidenti Si Cinpin Pekində açılan Qlobal Qadınlar Sammitində çıxış edərkən bütün dünyada qadınların inkişafını təşviq etmək üçün yeni təşəbbüslər açıqlayıb.
Bu barədə Sinxua xəbər verir.
Çin lideri bildirib ki, növbəti beş il ərzində Çin Birləşmiş Millətlər Təşkilatının Gender Bərabərliyi və Qadınların Gücləndirilməsi Təşkilatına (BMT Qadınlar) əlavə 10 milyon dollar yardım edəcək.
Bundan əlavə, beynəlxalq təşkilatlarla tərəfdaşlıq şəraitində qadın və qızları dəstəkləyən birgə proqramların həyata keçirilməsi üçün Qlobal İnkişaf Fondu və Cənub-Cənub Əməkdaşlığından 100 milyon dollar ayrılacaq.
Si Cinpin həmçinin qeyd edib ki, Çin insanların rifahının yaxşılaşdırılmasına yönəlmiş 1000 kiçik layihəni dəstəkləyəcək, qadınlar və qızlar prioritet benefisiarlar olacaq.
Bundan əlavə, Çin müxtəlif ölkələrdən 50 000 qadını təlim və mübadilə proqramlarında iştirak etməyə dəvət edəcək və digər ölkələr və təşkilatlarla təlimləri əlaqələndirəcək və əməkdaşlığı genişləndirəcək beynəlxalq qadın bacarıqlarının artırılması mərkəzi yaradacaq.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 17:15