BMT Çinin yüksək dövlət vəzifələrində qadınların olmamasından narahat olduğunu bildirib
Birləşmiş Millətlər Təşkilatı Çinin yüksək rəhbərliyində qadınların olmaması ilə əlaqədar olaraq, ölkəyə gender pariteti sistemini qəbul etməyi tövsiyə edib.
"Beijing News" xəbər verir ki, BMT-nin Qadınlara Qarşı Ayrı-seçkiliyin Aradan Qaldırılması Komitəsinin Çin üçün tövsiyələri Almaniya, İslandiya, San-Tome və Prinsipi, Slovakiya, İspaniya, Timor-Leste və Venesuela ilə bağlı nəticələrlə yanaşı verilib.
Çinin siyasi və ictimai həyatda qadınların təmsilçiliyinin artdığını etiraf edən komitə, qadınların 14-cü Ümumçin Xalq Nümayəndələri Konqresinin deputatlarının yalnız 26,54 faizini təşkil etməsindən narahat olub. O, Çini bütün hökumət bürolarında, o cümlədən məhkəmə və xarici xidmətlərdə, xüsusən qərar qəbuletmə səviyyələrində qadınların sayını artırmağa çağırıb: “2022-ci ilin oktyabr ayından bəri Çin Kommunist Partiyasının Siyasi Bürosunun 24 üzvü arasında 20 ildə ilk dəfə olaraq heç bir qadın, siyasi Büronun daimi komitəsinin yeddi üzvü arasında isə qadın yoxdur”.
Komitə həmçinin QHT-lərin qeydiyyatına qoyulan hədsiz məhdudiyyətlərdən, qadın hüquq müdafiəçilərinə qarşı hədə-qorxu və təqiblərdən narahatlığını ifadə edib.
Çin Xarici İşlər Nazirliyi, hökumətin qadınlar sahəsində beynəlxalq mübadilə və əməkdaşlığa böyük əhəmiyyət verdiyini və komitənin verdiyi faydalı şərhləri diqqətlə öyrənəcəyini və qadınların işini bütün dünyada təşviq etmək üçün beynəlxalq ictimaiyyətlə işləməyə davam edəcəyini söyləyib.
KARUSEL / DÜNYA
Tarix: 6-06-2023, 12:00