mobil versiya

BMT Əfqanıstanı tərk edə bilər


"Taliban" yerli qadınların BMT-də işləməsinə icazə verməsə, bu qurum may ayında Əfqanıstanı tərk edəcək. 

"Khaama Press" xəbər verir ki, bu barədə BMT-nin İnkişaf Proqramının Administratoru Açin Stayner deyib. A.Stayner deyib ki, hazırda BMT yerli qadınların təşkilatda işləməsini qadağan edən fərmana istisnalar edəcəyinə ümid edərək "Taliban"la danışıqlar aparır: "Hazırda demək olar ki, bütün Birləşmiş Millətlər sistemi geriyə addım atmalı və orada fəaliyyət göstərmək qabiliyyətini yenidən qiymətləndirməlidir. Amma söhbət fundamental prinsiplər, insan hüquqları ilə bağlı danışıqlardan getmir". 
KARUSEL / DÜNYA
Tarix: 20-04-2023, 11:58