Şarm əş-Şeyxdə Qəzza zolağında atəşkəslə bağlı yekun saziş imzalanıb

Sənəd Türkiyə, Qətər, ABŞ və Misir liderləri tərəfindən Yaxın Şərq Sülh Sammiti çərçivəsində imzalanıb.
Tədbirdə ABŞ Prezidenti Donald Tramp, Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Tani və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər.
"Bu, dünya üçün böyük bir gündür, bu, Yaxın Şərq üçün böyük bir gündür", - Tramp deyib.

Xatırladaq ki, Qəzza sektorunda atəşkəs oktyabrın 10-da qüvvəyə minib. Oktyabrın 13-də HƏMAS 20 israilli girovun hamısını Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib. Fələstin hərəkatı hələ ölmüş 28 girovun meyitini də təhvil verməlidir. İsrail isə 1,9 mindən çox fələstinli məhbusu azad etdiyini açıqlayıb.(AzPolitika.info)

KARUSEL / DÜNYA
Tarix: Dünən, 21:45