mobil versiya

Bakıda İƏT-in Əmək Mərkəzi açılıb


İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Bakıda Əmək Mərkəzinin açılış tədbiri keçirilir.
Tədbir “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.
Tamhüquqlu beynəlxalq təşkilat statusuna malik olacaq Əmək Mərkəzinin yerləşdiyi ölkənin Azərbaycan olduğu nəzərə alınaraq tədbiri Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev giriş sözü ilə açıb.
Bildirib ki, 2013-cü ilin aprel ayında İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 2-ci konfransında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini qəbul edərkən Prezident İlham Əliyev Mərkəzi Qərargahı Bakı şəhərində olmaqla İƏT-in Əmək Mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış edib.
Bu təşəbbüs İƏT-ə üzv ölkələr tərəfindən yekdilliklə dəstəklənib.
KARUSEL / CƏMİYYƏT
Tarix: 22-11-2023, 10:46