mobil versiya

Bank kartından 2300 manat oğurlayan daha bir qadın saxlanılıb



Bank kartından 2300 manat oğurlayan daha bir qadın saxlanılıb.
Bu barədə DİN mətbuat xidməti məlumat verib.
“Toyota” markalı avtomobildə sərnişin olan qadın sürücünün mobil telefonunu danışmaq adı ilə alıb və nəticədə telefonda bank mobil tətbiqə daxil olaraq hesabda olan pulu talayıb. Hadisə Bakıda olub.
Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin əməkdaşları həmin qadını müəyyən ediblər.

KARUSEL / HADİSƏ
Tarix: 13-05-2024, 17:22