Bakıda sərnişin taksi sürücüsünün telefonunu danışmaq adı ilə götürərək qaçıb
Bakıda sərnişin taksi sürücüsünün telefonunu danışmaq adı ilə götürərək qaçıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə iyunun 11-də Bakıxanov qəsəbəsində Bakı şəhər sakin N.Əhmədovun idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində əyləşən bir nəfərin onun mobil telefonunu danışmaq adı ilə alıb avtomobildən düşərək qaçması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər də oğurluğa və soyğunçuluğa görə məhkum olunmuş T.Babayev müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
KARUSEL / HADİSƏ
Tarix: 13-06-2022, 15:17