Bakı sakinini silahla hədələyən dəstə üzvləri tutuldu
Bakıda quldurluq hadisəsi olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Səfərov mayın 2-də B.Nuriyev küçəsində naməlum şəxslərin onu bıçaq və tapançaya bənzər əşya ilə hədələyib 1 700 manat pul tələb etdiyini, vermədikdə isə 600 manat dəyərində mobil telefonunu aldıqlarını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən C.Musayev, F.Musayev, E.Məmmədov, X.Qocayev və əvvəllər məhkum olunmuş R.Sarızadə müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.
SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 5-05-2021, 11:00