Bakıda taksi sürücüsünü döyərək pulunu və telefonunu aparıblar
Bakıda taksi sürücüsünü döyərək ona qarşı soyğunçuluq edən şəxslərdən biri saxlanılıb.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən REPORTYOR.AZ-a verilən məlumata görə, Qazax rayon sakini A.Bağırov Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət edib.
Hadisə oktyabrın 17-də saat 19 radələrində baş verib. A.Bağırovun idarə etdiyi “Opel” markalı avtomobilə sərnişin qismində minən 2 nəfərin onu döyərək 88 manat pulunu və mobil telefonunu aparıb.
Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinənlərdən Gəncə şəhər sakini S.Ələkbərov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmış, digər şəxs isə müəyyən edilmişdir.
Xətai RPİ tərəfindən araşdırma aparılır.
SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 19-10-2019, 15:20