Bakıda taksi sürücüsünü hədələyərək pulunu alan şəxslər saxlanılıb
Avqustun 27-də Bakı şəhər sakini T.Qəhrəmanov Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə müraciət edib. O, bildirib ki, həmin gün saat 5 radələrində F.Rüstəmov küçəsində idarə etdiyi “KİA” markalı avtomobilə sərnişin qismində oturmuş 2 nəfər onu naməlum əşya ilə hədələyərək 278 manat pulunu alıblar.Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb.Dərhal başlanmış əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri Ə.Qənbərov və C.Qənbərov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
HADİSƏ / ÖLKƏ / CƏMİYYƏT
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
HADİSƏ / ÖLKƏ / CƏMİYYƏT
Tarix: 28-08-2019, 10:43