mobil versiya

Bakıda yeniyetməni hədələyib pulunu və telefonunu alıblar


Səbail rayonunda soyğunçuluq hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Üzeyr Hacıbəyov küçəsində baş verib.
Belə ki, 2002-ci il təvəllüdlü Elman Quliyevə küçədə iki nəfər naməlum şəxs yaxınlaşıb. Naməlum şəxslərdən biri ona bıçaqla qorxudub. Daha sonra əlində olan 10 manatı və mobil telefonunu alaraq qaçıblar.

HADİSƏ / ÖLKƏ / CƏMİYYƏT
Tarix: 24-08-2019, 08:08