mobil versiya

Siyəzəndə iki maşın toqquşdu: çax sayda yaralı var


Siyəzən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA -nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Siyəzən-Qalaaltı yolunda qeydə alınıb. İki minik maşınının toqquşması nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlardan 4-ü ilkin tibbi yardımdan sonra evə buraxılıb, 4-nün müalicəsi isə mərkəzdə davam etdirilir.


Faktla bağlı araşdırmalar davam etdirilir.

HADİSƏ / ÖLKƏ
Tarix: 21-08-2019, 10:19