Bakıda evlərdən oğurluq edilib
Bakıda evlərdən oğurluq olub.
Bu barədə REPORTYOR.AZ-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 2 evdən ümumilikdə 3 400 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Həsənov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
SON XƏBƏR / KARUSEL
Tarix: 28-10-2021, 12:30