mobil versiya

Ağdaşda kişi döyülüb, qadın hədələnib




Ağdaşda kişi döyülüb, qadın hədələnib.

REPORTYOR.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Ağdaş Rayon Polis Şöbəsinə Aşağı Ləki kəndi ərazisində 3 nəfərin kənd sakini S.Soltanovu döyərək 1800 manat pulunu və mobil telefonunu almaları barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri - F.Nəbiyev, T.Qasımov və Z.Mirhəsənov müəyyən edilərək saxlanılıblar.

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə F.Nəbiyev və Z.Mirhəsənovun noyabrın 21-də kənd sakini olan bir qadını hədələyərək 1 000 manat pul tələb etmələri də müəyyən edilib.

Araşdırma aparılır.


SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 23-12-2021, 15:00