mobil versiya

Moskvada 50-yə yaxın uçuş reysi təxirə salınıb


Moskvada güclü qar səbəbindən 50-yə yaxın uçuş reysi təxirə salınıb.
Bu barədə Rusiya KİV məlumat yayıb.
Vnukovo hava limanında 10 reys gecikib, 4-ü təxirə salınıb. Domodedovo hava limanında isə 14 reys gecikib, 5-i təxirə salınıb, Şeremetyevo hava limanında isə 14 reys gecikib, 1 ucuş reysi isə təxirə salınıb.
Ötən gün Rusiya paytaxtında çovğun güclü tıxaclara səbəb olub. Əlverişsiz hava şəraiti fonunda yerli hakimiyyət orqanları şəhər xidmətlərini yüksək hazırlıq rejiminə keçirib.


KARUSEL / DÜNYA
Tarix: 24-11-2023, 12:08