mobil versiya

Moskva aeroportlarında 130 aviareys ləngiyir və ya təxirə salınıb


Moskva hava limanlarında 121 aviareys ləngiyir, 9-u isə təxirə salınıb. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Moskva vaxtı ilə saat 07:45-də Vnukovo aeroportunda 28 reys ləngiyir, Domodedovoda 26 reys ləngiyir, 9-u təxirə salınıb, Şeremetyevo hava limanında isə ləngimi 67 aviareysi əhatə edib. Jukovski aeroportunda ləğv edilmiş və təxirə salınmış reyslər yoxdur.
Hazırda Moskvada dumanlı hava şəraiti müşahidə olunur.  /APA/







DÜNYA / HADİSƏ / CƏMİYYƏT
Tarix: 31-08-2019, 09:36