mobil versiya

“Polşa Azərbaycan rəssamlarının gözü ilə” rəsm sərgisinin açılışı olub



Bu gün İçərişəhərdəki NUR Art House qalereyasında Polşa Respublikasının Bakıdakı Səfirliyi və ArtsCouncil Azerbaijan'ın birgə təşəbbüsü ilə həyata keçirilən “Polşa Azərbaycan rəssamlarının gözü ilə” rəsm sərgisinin açılışı olub.
10 azərbaycanlı rəssam Polşa tarixi və mədəniyyətindən ilhamlanaraq rəsmlər çəkiblər. Yaradıcılıq prosesi mədəniyyət aləmindən olan qonaqlar və Polşa diasporu tərəfindən heyranlıqla qarşılanıb. Çəkilmiş rəsmlər sərgi olaraq yaxın həftələrdə qalereyaya gələn geniş ictimaiyyətin ixtiyarına veriləcəkdir. 


KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 7-12-2023, 17:10