mobil versiya

“Azərbaycanda Polşa Filmləri” kinofestivalı keçiriləcək



Polşanın Bakıdakı Səfirliyi kino sevərləri “Azərbaycanda Polşa Filmləri” kinofestivalına dəvət edir.
Festival çərçivəsində Polşanın dörd müasir filmi nümayiş olunacaq: “ Solid Gold”, “Çörək və Duz”, “Filip” və “Supernova” (Polşa dilində, Azərbaycan dilində subtitrlərlə).
Filmlər 10-13 oktyabr 2023-cü il tarixlərində Bakının Nizami Kinoteatrında (Nizami Kino Mərkəzi) nümayiş olunacaq.
Filmlərin nümayişinə giriş pulsuzdur.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 6-10-2023, 17:33