mobil versiya

Voleybol üzrə Azərbaycan millisinin baş məşqçisi bəlli olub




Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının yeni baş məşqçisi bəlli olub.
Federasiyadan verilən məlumata görə, milli komanda yenidən Faiq Qarayevə tapşırılıb.
O, daha əvvəl müxtəlif vaxtlarda da yığmaya rəhbərlik edib.
Qeyd edək ki, yığmada sonuncu dəfə bu vəzifəni türkiyəli Ataman Güneyligil icra edib. Avropa çempionatında uğursuz çıxış səbəbindən onunla sözləşmənin müddəti artırılmayıb.

KARUSEL / İDMAN
Tarix: 27-12-2023, 10:18