mobil versiya

Xankəndi ərazisində silah-sursat aşkarlanıb



Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisində yerləşən qarajların birindən 3,8 kiloqram çəkidə marixuana götürülüb.
Bu barədə DİN mətbuat xidməti məlumat yayıb.
Həmçinin şəhər ərazisindən 13 ədəd müxtəlif markalı avtomat silahı, 1 ədəd pulemyot, 11 tüfəng, 7 ədəd qumbara, 3 alışdırıcı, 25 patron darağı, 1718 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunub.
KARUSEL / HADİSƏ
Tarix: 4-03-2024, 11:13