mobil versiya

Misir və Qətər HƏMAS-dan girovların siyahısını İsrailə verməsini tələb edib



Qahirədə İsrail və HƏMAS arasındakı danışıqlarında vasitəçi kimi çıxış edən Misir və Qətər rəsmiləri HƏMAS-dan Qəzza zolağında 6 həftəlik atəşkəs elan edilməsi ilə bağlı razılaşma çərçivəsində azad olunacaq israilli girovların siyahısını tələb edib.

Bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, HƏMAS-ın razılaşma çərçivəsində ilk azad edəcəyi yaşlı, xəstə və qadınlardan ibarət 40 girovun siyahısını təqdim etməsi üçün İsrail Qahirədəki danışıqların ikinci günü nümayəndə heyəti göndərməyib.

Xatırladaq ki, bir qədər əvvəl ABŞ prezidenti Co Bayden İsrailin Ramazan ayında Qəzza zolağında döyüş əməliyyatlarını dayandırmağa razılıq verdiyini bildirib.

Qeyd olunub ki, yeni atəşkəs təklifi döyüş əməliyyatlarının bir ay müddətinə dayandırılmasını və HƏMAS əsirliyində olan girovlarla İsrail həbsxanalarında olan fələstinlilərin mübadiləsini nəzərdə tutur.
KARUSEL / DÜNYA
Tarix: 5-03-2024, 11:14